...

Masallıda fəhlə iş yoldaşını yumruqla vurub öldürdü

Hadisə Materials 9 İyun 2022 09:26 (UTC +04:00)
Masallıda fəhlə iş yoldaşını yumruqla vurub öldürdü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Masallı sakini iş yoldaşını yumruqla vurub öldürüb.

Masallı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 08-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirmiş, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti