Bakı. Trend:
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 234.1; 93.1.2-ci maddələri ilə təqsirli
bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda
Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu
Bayramovla qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini
Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi sovqata baxış keçirilən
zaman orada olan cins şalvarın tikiş hissəsinin arasında xüsusi
üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan
narkotik maddə - heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop
maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.