...

Bərdə sakini qonşusunu silahla öldürüb, sonra özü intihar edib

Hadisə Materials 19 İyun 2022 12:02 (UTC +04:00)
Bərdə sakini qonşusunu silahla öldürüb, sonra özü intihar edib

Bərdə. Trend:

Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra özü intihar edib.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseyinov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra N.Hüseyinov özünə odlu silahdan atəş açaraq intihar edib.

Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti