...

Lerikdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)

Hadisə Materials 21 İyun 2022 16:54 (UTC +04:00)
Lerikdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 4 ton 712 kiloqram olan 18851 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti