Ağdam. Trend:
Ağdam rayonuna sel gəlib.
Trend-in yerli müxbirinin xəbərinə görə, sel rayon ərazisindən keçən Xaçınçay çayına gəlib.
Hazırda davam edən daşqın çay yatağı boyuca, rayonun Qərvənd kəndi ərazisi və Bərdə rayonu ərazisindən keçən kəndlərin bir hissəsində müşahidə olunur.
Hazırda sel davam edir.