...

Bakıda 3 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünə hökm oxundu

Hadisə Materials 24 İyun 2022 13:01 (UTC +04:00)
Bakıda 3 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünə hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsiləndirilən Eynulla Xeyrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Xeyrullayev 7 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki,1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” markalı mikroavtobusla toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.

E.Xeyrullayevə qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti