...

Bakıda ağır qəza, 3 nəfər öldü

Hadisə Materials 27 İyun 2022 10:44 (UTC +04:00)
Bakıda ağır qəza, 3 nəfər öldü

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti