...

Bakının mərkəzində yanğın olub (VİDEO)

Hadisə Materials 29 İyun 2022 02:35 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti