...

Bakıda gənc oğlan dənizdə batıb

Hadisə Materials 2 İyul 2022 15:43 (UTC +04:00)
Bakıda gənc oğlan dənizdə batıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti