...

Şirvanda arvadını öldürən kişinin məhkəməsi başlayır

Hadisə Materials 8 İyul 2022 12:03 (UTC +04:00)
Şirvanda arvadını öldürən kişinin məhkəməsi başlayır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

18 fevral 2022-ci il tarixdə 1982-ci il təvəllüdlü Xəyalə Abiyevanın qəsdən öldürülməsi faktı üzrə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, Abiyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Xəyalə Abiyevaya övladının gözü qarşısında ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölüb.

Bundan əlavə, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu polis əməkdaşlarına da ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Elnur Abiyevə Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti