...

Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb

Hadisə Materials 19 İyul 2022 20:29 (UTC +04:00)
Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti