Bakı. Trend:
Bu ilin 6 ayı ərzində Bakı şəhəri üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 639 fakt qeydə alınıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.
Şəhər prokuroru bildirib ki, həmin hadisələrdən 933 fakt satışla bağlı olub.
O qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirləri daha da gücləndirilib.