Bakı. Trend:
Meksikanın Verakrus ştatında "Pemex" dövlət neft-qaz şirkətinin qaz kəmərində baş vermiş partlayış nəticəsində təxliyə edilənlərin sayı 1,5 min nəfəri ötüb.
Trend-in məlumatına görə, bu barədə " El Milenio" qəzeti xəbər verib.
Regional hakimiyyət orqanlarından bildirilib ki, bir nəfər fövqəladə hadisənin qurbanı olub, digər yerli sakin isə ağır yanıq xəsarətləri alıb. Partlayışa səbəb qaz sızması olub.