...

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Hadisə Materials 1 Avqust 2022 13:54 (UTC +04:00)
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb.

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti