...

Qanunsuz ağac kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Hadisə Materials 2 Avqust 2022 10:50 (UTC +04:00)
Qanunsuz ağac kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti