...

Samuxda iki ev yanıb

Hadisə Materials 6 Avqust 2022 11:57 (UTC +04:00)
Samuxda iki ev yanıb

Bakı. Trend:

Samux rayonunun Qaraağaclı qəsəbəsində iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 195 kv.m olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli 7 otaqlı evin dam örtüyünün taxta atmaları, plastikdən ibarət pəncərə çərçivələri və içərisindəki tikinti materialları, yaxınlıqda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti