Bakı. Trend:
Cəlilabad rayonunun Təzəkənd kəndində ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.