Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes”
markalı minik avtomobili ilə “İsuzu” markalı evakuator toqquşub,
minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1
nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.