Bakı. Trend:
Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov Trend-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı "Grand Aqro" MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.
Faktla bağlı "Grand Aqro" MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.