Bakı. Trend:
Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
verilən məlumata görə, həmin şəxsin tapılması istiqamətində polis
əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun
sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən
edilib.
Ramin Mahmudovun əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu,
gözlərinin rəngi qəhvəyidir.Sonuncu dəfə evdən çıxarkən üzərində
qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. Qeyd
edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.