...

Yanğına görə Xaçmazın 21 kəndinin qaz təchizatında fasilə yaranıb (FOTO)

Hadisə Materials 12 Oktyabr 2022 17:04 (UTC +04:00)
Yanğına görə Xaçmazın 21 kəndinin qaz təchizatında fasilə yaranıb (FOTO)

Bakı. Trend:

12.10.2022-ci il tarixdə "Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.

"Azəriqaz" İB-dən Trend-ə bildirilib ki, bu səbəbdən Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti