Bakı. Trend:
Tunisin Sahil Mühafizəsi bölmələri Mahdiya vilayətində ən azı 15 miqrantın cəsədini tapıb.
Trend-in məlumatına görə, bu barədə "Tunis Afrique Presse" agentliyi mənbəyə istinadən bildirib.
Məlumata əsasən, ən azı 15 nəfərin cəsədi Madiya (əyalətin inzibati mərkəzi), Əş-Şabba və Salakta şəhərlərinin sahillərində aşkar edilib.
İlkin məlumatlara görə, ölənlərin hamısı müxtəlif ölkələrdən miqrantlar olub.