...

ABŞ-da xəstəxanada atışma olub

Hadisə Materials 23 Oktyabr 2022 07:40 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Dallas xəstəxanasında baş verən atışmada iki tibb bacısı həlak olub.

Trend xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanılıb.

Cinayətkarın şəxsiyyəti və öldürülənlərin kimliyi açıqlanmır.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti