...

Binəqədidə yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Noyabr 2022 13:48 (UTC +04:00)
Binəqədidə yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Binəqədidə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

XXX
13:34

Binəqədidə yaşayış binası yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti