...

Prokurorluq Ağdamda insan sümüklərinin aşkarlanması ilə bağlı araşdırmalara başladı

Hadisə Materials 23 Noyabr 2022 17:30 (UTC +04:00)
Prokurorluq Ağdamda insan sümüklərinin aşkarlanması ilə bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanıb.

Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılmışdır.

Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olması ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti