...

Bakıda yataqxanada yanğın olub, 3 nəfər xilas edilib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 11 Dekabr 2022 10:38 (UTC +04:00)
Bakıda yataqxanada yanğın olub, 3 nəfər xilas edilib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

FHN 112 qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın digər mənzillərə keçməsinin qarşısı alınmaqla qısa vaxtda söndürülüb. Ümumilikdə yanğın nətocəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

XXX

00:45

Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti