Bakı. Trend:
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes-Vita" markalı avtomobillə TIR toqquşub. Hadisə nəticəsində "Mercedes-Vita" markalı avtomobilin sürücüsü də daxil olmaqla 6 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.