Bakı. Trend:
Samux rayonunun Yuxarı Ağasıbəyli kəndində ümumi sahəsi 80 m² olan tövlənin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.