...

Yardımlıda evdə yanğın baş verib

Hadisə Materials 25 Dekabr 2022 20:17 (UTC +04:00)
Yardımlıda evdə yanğın baş verib

Bakı. Trend:

Yardımlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yardımlı rayonunun Sırıq kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti