Bakı. Trend:
Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, baş verən hadisə həqiqəti əks etdirmir. Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb.
KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur.