...

Gəncədə ikimərtəbəli ev yanıb

Hadisə Materials 30 Dekabr 2022 19:41 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhərinin Məhsəti qəsəbəsində ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-dən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti