...

Qaradağda ADY-ə məxsus 2 vaqon yanıb

Hadisə Materials 3 Yanvar 2023 14:35 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti