...

Bakıda evdən meyit tapılıb

Hadisə Materials 6 Yanvar 2023 19:57 (UTC +04:00)
Bakıda evdən meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə bildirilib ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti