...

Mingəçevirdə yaşayan Laçın sakinin evi yanıb

Hadisə Materials 10 Yanvar 2023 16:29 (UTC +04:00)

Mingəçevir. Trend:

Mingəçevirdə yaşayan Laçın sakinin evi yanıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə 1-ci Qarabağ müharibəsi veteranı olan Məhəmməd Əliyevə məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb.

Yanğın zamanı ev sahiblərindən kimsə evdə olmayıb. Qonşular hadisə yerinə yanğınsöndürənləri çağrıblar. Alovun qarşısını almaq mümkün olsa da, evin yanar konstruksiyaları, ev əşyaları yanaraq yarasız hala düşüb.

Ev sahibinin oğlu Fərhad Əliyev bildirib ki, yaşadıqları mənzildə borclu olduqları üçün qaz yandırmayıblar. Yaşayış evini odun yanacağı ilə qızıdırıblar. Ev sahibinin həyat yoldaşı Almaz Əliyeva da bütün əşyalarının kül olduğunu,bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti