Bakı. Trend:
Sumqayıtda ticarət mərkəzində yanğın olub.
Trend-in məlumatına görə, hadisə səhər saatlarında şəhərin mərkəzi küçələrindən birində yerləşən "Bazarstore" ticarət mərkəzində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hadisə nəticəsində ticarət mərkəzinin 200 kvadrat metr sahəsi yanıb. Yanğın söndürülüb.