Bakı. Trend:
Bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.