...

Bakıda Olimpiya çempionu bir nəfəri bıçaqlayaraq evini qarət edib - Məhkəmə

Hadisə Materials 1 Fevral 2023 19:00 (UTC +04:00)
Bakıda Olimpiya çempionu bir nəfəri bıçaqlayaraq evini qarət edib - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarov cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da bıçaqladığı şəxsin oğlunu yaşadığı binanın qarşısında izləyib. O evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman onun bıçaqladığı şəxs də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı ev sahibinə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti