...

Bloqer Səbinə Kətanova barədə iki maddə ilə cinayət işi başlanıb

Hadisə Materials 3 Fevral 2023 14:43 (UTC +04:00)
Bloqer Səbinə Kətanova barədə iki maddə ilə cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bloqer Səbinə Kətanova idarə etdiyi avtomobillə piyadanı vurub.

Trend-in məlumatına görə, o, paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Daha sonda ərazidən uzaqlaşıb.

S.Kətanovanın hadisə törətməsi şəhərin müşahidə kameraları vasitəsilə aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti