Bakı. Trend:
Fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Trend xəbər verir ki, ilkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.