...

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

Hadisə Materials 7 Fevral 2023 23:02 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti