...

Mingəçevirdə avtomobil piyadanı vurub

Hadisə Materials 12 Fevral 2023 19:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti