...

Bakı-Qazax yolundakı qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb - DYP

Hadisə Materials 14 Fevral 2023 09:50 (UTC +04:00)
Bakı-Qazax yolundakı qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb - DYP
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolundakı qəza ilə bağlı mlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti