...

Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd edib

Hadisə Materials 17 Fevral 2023 11:00 (UTC +04:00)
Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd edib.

Oğuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 14-ü saat 18 radələrində Oğuz rayonu ərazisində 1966-cı il təvəllüdlü Sevinc Rəhimovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1962-ci il təvəllüdlü Nazim Rəhimovun balta ilə arvadı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti