...

Lənkəranda qadını qətlə yetirib evini qarət etdilər

Hadisə Materials 17 Fevral 2023 12:40 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda qadını evində qətlə yetirib 5 min manatlıq qızılını oğurlayıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində baş verib. 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti