...

Bakıda iki ailənin yaşadığı bitişik evlərdə yanğın olub

Hadisə Materials 19 Fevral 2023 08:49 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan evin 2-ci mərtəbəsində 1 otağın lambirdən ibarət tavanı 16 m² sahədə əriyib və 1-ci mərtəbəsində mətbəx əşyaları qarsalanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti