...

Bərdədə avtoxuliqan həbs edilib

Hadisə Materials 25 Fevral 2023 16:22 (UTC +04:00)
Bərdədə avtoxuliqan həbs edilib

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bərdə rayonu ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Trend-in məlumatına görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayon sakini Muradov Səməndər Xanoğlan oğlu saxlanılıb.

Polis əməkdaşları tərəfindən Səməndər Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum olunub və 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti