Bakı. Trend:
Ötən gün ölkə ərazisində keçirilən əməliyyatlar zamanı 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.