Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.