Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin içərisində 1 ədəd çarpayı və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.