...

Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb (FOTO)

Hadisə Materials 26 Aprel 2023 10:38 (UTC +04:00)
Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti